TRY: Türkiyənin sənayesinə dair məlumatlar gözlənilir

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün açıqlanacaq Türkiyənin sənayesində dinamika ilə bağlı göstəricilər treyderlərin diqqət mərkəzindədir.

TRY: Türkiyənin sənayesinə dair məlumatlar gözlənilir

Çərşənbə günü 5.29300 hədlərinə qədər bahalaşan USD/TRY cütlüyündə, artımlar bu gün də davam edə bilər. 


Belə ki, bu gün Bakı vaxtı ilə saat 11:00-da Türkiyədə sənaye istehsalının həcmi ilə bağlı statistik rəqəmlər aıqlanacaqdır. Keçən ay istehsal həcmlərinin 6.5% azalması, bu ay daha da - 7.5% azala biləcəyi proqnozlaşdırılır. 


Bu, lirənin dəyər itirməsinə səbəb ola bilər. Qiymətlər 5.30 həddinin üzərində möhkəmlənməyi bacarsa, 5.36514 və 5.38880 hədlərini test edə bilər.