“Tufandan öncəki sakitlik”

27 Fevral 2018

Bugündən başlayaraq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcək, önəmli statistik məlumatların açıqlanması gözlənilir.

“Tufandan öncəki sakitlik”

Maliyyə bazarlarında dalğalanma cari həftənin başlaması ilə zəifləyib, lakin bu gələcək günlər ərzində açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi sakitlikdir.


Belə ki, təkcə çərşənbə gününə kimi bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın istehlak dövriyyəsi, çərşənbə günü saat 11:00-da Türkiyənin xarici ticarət dövriyyəsi, 14:00-da Avrozonadan inflyasiya və saat 17:30-da ABŞ-ın iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaqdır.


Bununla yanaşı, bu gün saat 17:30-da Amerika Mərkəzi Bankının (FED) yeni sədri Jerom Povelin konqres qarşısında ilk çıxışı da böyük maraqla gözlənilir. Bazar iştirakçıları yeni sədrdən gələcək monetar siyasət ilə bağlı önəmli siqnalların açıqlanmasını ümid edirlər. 


EUR 1.23$, GBP 1.39$ və USD/TRY 3.78TL-ə ticarət edilir. 

Hal-hazırda dünya valyuta birjalarında avronun qiyməti 1.23$, funt sterlinqin qiyməti 1.39$ və dollar/lirə məzənnəsi isə 3.78TL-a ticarət edilməkdədir və açıqlanacaq fundamental göstəricilər fonunda ticarət aktivliyinin artması gözlənilir.