Türkiyə iqtisadiyyatında böhran

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyə iqtisadiyyatına dair açıqlanan mənfi fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

Türkiyə iqtisadiyyatında böhran

Türkiyə iqtisadiyyatında böhran 2018-ci ilin son aylarında böhran daha da dərinləşib. 


Türkiyənin statistika idarəsinin açıqladığı bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, 2018-ci ilin dördüncü rübündə ÜDM rüblük müqayisədə 2.4% azalıb və illik göstəricinin mənfi 3.0%-ə çatıb. Mütəxəssislər isə illik dinamikanın yalnız mənfi 2.7%-ə düşəcəyi proqnozlaşdırılırdı. 


ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.


Qeyd etmək lazımdır ki, Türkiyə mərkəzi bankı (TCMB) sonuncu açıqlamasında yüksək inflyasiyaya qarşı həyata keçirilən sərt monetar siyasət iqtisadiyyata yük olmaqdadır. Yüksək faiz dərəcələri investisiyaları azaldır və yüksək inflyasiya lirəyə olan tələbin azalmasına səbəb olur. 


İqtisadi aktivlik rüblük müqayisədə 2018-ci ilin birinci rübündə 0.9% artmış, ikinci rübdə dəyişməmiş, üçüncü rübdə isə 1.6% azalmışdı.