Türk lirəsi dəyər itirməyə davam edir

07 Oktyabr 2019

Bahalaşan dolların təzyiqi ilə USD/TRY 6,00TL üzərinə kimi hərəkət ehtimalları yüksək dəyərləndirilir.

Türk lirəsi dəyər itirməyə davam edir

Türkiyədəki gərginlik fonunda türk lirəsi aparıcı valyutalar qarşısında sürətlə dəyər itirir. USD/TRY cütlüyü üzrə qiymət qısa zamanda 5,70TL-dən 5,75TL-yə hərəkət etdi. 

Analitiklər türk lirəsinin bir qədər də ucuzlaşacağı halda 5,85 - 5,90TL psixoloji bariyerini test edə biləcəyini istisna etmirlər. 

Qeyd etmiş olduğumuz psixoloji bariyerin, bahalaşan dolların təzyiqi ilə sürətlə yuxarı yöndə kəsib keçəcəyi halda cütlük üzrə qiymətin 6,00 qiymətinin üzərinə hərəkət ehtimalları yüksək dəyərləndirilir.