Türk lirəsindəki kəskin ucuzlaşma

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında lirənin qiymətlərində müşahidə edilən sürətli ucuzlaşma növbəti hədəflər üzrə proqnozları gücləndirməkdədir.

Türk lirəsindəki kəskin ucuzlaşma

Maliyyə bazarlarında  həftəyə kəskin ucuzlaşma ilə başlayan USD/TRY maliyyə aləti dünən  gün ərzində 5.30TL-yə kimi ucuzlaşma ilə müşahidə edildiyi halda bu gün yenidən kəskin şəkildə bahalaşaraq 5.62 səviyyələrini görüb.


USD/TRY valyuta cütlüyünə nəzər yetirdikdə, qiymətin 5.62TL-yə kimi bahalaşdıqdan sonra ucuzlaşdığının şahidi oluruq. Satış əməliyyatları zamanı ehtiyatlı olmaq tövsiyyə edilir, çünki bahalaşmanın  yenidən güclənə biləcəyi proqnozları da güclü olaraq qalır.


Qiymət TL5.62 səviyyəsini qırarsa, növbəti nail oluna biləcək hədəfləri TL5.73 və TL5.84 səviyyələridir.