Türk lirəsinin qiyməti təzyiq altında

04 May 2018

Dünya valyuta birjalarında lirənin qiyməti Türkiyənin kredit reytinqinin azaldılması və inflyasiyanın azalması riskləri fonunda təzyiq altındadır.

Türk lirəsinin qiyməti təzyiq altında

Maliyyə bazarlarında USD/TRY məzənnəsi bu gün Asiya sessiyasında 4.25TL-ə kimi bahalaşıb. Bahalaşmaya səbəb Türkiyənin xarici valyutalar üzrə kredit reytinqinin "BB-" səviyyəsinə salınması olub. Bununla yanaşı, Türkiyədə inflyasiyanın da yenidən artması, lirəyə olan təzyiqləri gücləndirib. Belə ki, Türkiyənin statistika idarəsi cümə axşamı verdiyi rəsmi məlumatlarda istehlak qiymətləri indeksinin aprel ayında 10.2%-dən 10.5%-ə yüksəldiyi göstərilib. 


Analitiklərin fikrincə, dollar/lirə valyuta cütlüyünün qiyməti 4.30/31TL-ə kimi də bahalaşa bilər.