Türkiyə: ABŞ-dan sonra AB-dən də sanksiyalar gəlir

10 İyul 2019

AB-nin Türkiyənin Şərqi Aralıq dənizində qazma işlərini davam etdirəcəyi halda, sanksiyaların tətbiq ediləcəyi ilə bağlı açıqlamarı gündəmə gəldi.

Türkiyə: ABŞ-dan sonra AB-dən də sanksiyalar gəlir

ABŞ Türkiyə Rusiyadan S-400-ləri alacağı təqdirdə sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Ancaq Ərdoğan və Trampın G-20 zirvəsindəki baş tutan görüşündən sonra bu ehtimallar qismən azalsa da məsələ hələ də həllini tapmamış olaraq qalır.


Digər tərəfdən Avropa Birliyi (AB) tərəfindən də  sanksiyaların tətbiq ediləcəyi ilə bağlı açıqlamar gündəmə gəldi. Gələn həftə baş tutacaq AB Komissiyasının toplantısı ərəfəsində AB səfirlərinin Türkiyənin Şərqi Aralıq dənizində qazma işlərini davam etdirəcəyi halda üzv ölkələrdən yardımların azaldılması, aviasiya müqaviləsinin dondurulması və nazirlik səviyyəsində əlaqələrin dayandırılması kimi sansksiyaların tətbiqini müzakirə etdiyi xəbərlərinin KİV-də yer alması bazar iştirakçılarının diqqətlərini çəkdi.


Türkiyə isə həm S-400 alışından geri çəkilməyəcəyini, həm də Şərq Aralıq dənizində Kipr Türk xalqının haqlarını qoruyacaqlarını təkrarladı.


ABŞ və AB ilə münasibətlərdəki gərginlik TL aktivləri üçün mühüm təzyiq faktorudur və lirənin dəyər itirməsinə səbəb ola bilər.


TCMB tərəfindəki vəziyyətə baxdığımızda prezident Ərdoğan Çətinqayanın bazarlarla doğru ünsiyyət qura bilmədiyini və bazarlara güvən verə bilmədiyini ifadə etdi. Yeni sədrin 25 iyul PPK toplantısında hökümətin rəğbətini qazanmaq üçün ciddi fazi endiriminə gedəcəyi gözlənilir. Faiz və inflyasiya arasındakı nisbəti nəzərə alsaq, bu ay 0.25% və ya ondan çox fazin endiriminə gediləcəyini gözləmək olar.


Daxili və xarici proseslərə baxmayaraq USDTRY cütlüyündə sərt qiymət dəyişiklikləri yaşanmır. Hazırda dünya birjasında məzənnəsinin qiyməti 5.70-5.75 səviyyələri aralığında mübadilə edilir. Bu cütlükdə qiymət bu gün və həftənin davamında  5,78 həddinin üzərində möhkəmlənə bilsə, 5.87 müqavimət həddinə qədər artımları davam etdirə bilər.