ABŞ ilə Türkiyə münasibətləri və lirə

11 İyun 2019

Türk lirəsinin yenidən beynəlxalq valyuta bazarlarında ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

ABŞ ilə Türkiyə münasibətləri və lirə

Keçən ay, ABŞ-ın S-400 mövzusundakı açıqlamaları lirənin beynəlxalq maliyyə bazarlarında ciddi dəyər itirməsinə səbəb oldu.


ABŞ-dan gələn açıqlamalara cavab olaraq Türkiyə qəti olaraq S-400 alışının bittiyini bildirmişdi. Son olaraq isə Milli Müdafiə naziri Hulusi Akar, twitter ünvanından "S-400 mövzusunda imzalar atıldı, bu belə qəbul edilsin. F-35 razılaşmasından ABŞ imtina edərsə, öz dünyamızı qurarıq" kimi bir bəyanat verdi.


Bu gün isə ABŞ cəbhəsində F-35 təlimi keçən Türk pilotlarının təliminin dayandırıldığı açıqlandı.


Keçən ayla müqayisədə bu ayın ilk 10 günündə bahalaşan türk lirəsinin aqibətinə Ərdoğan və Trump görüşünün ciddi təsir edəcəyi ehtimal edilir. S-400 mövzusunda ABŞ-ın yeni sanksiyalar tətbiq etməsi halında isə artan risklər səbəbilə lirənin dünya birjasında yenidən ucuzlaşacağı ehtimal edilir.