Türkiyə faiz dərəcəsini dəyişmədi - 24%

06 Mart 2019

TCMB inflyasiyanın azalması məqsədilə həyata keçirtdiyi sərt monetar siyasətin, ölkə iqtisadiyyatını yavaşlatdırdığını bildirib.

Türkiyə faiz dərəcəsini dəyişmədi - 24%

Türkiyə mərkəzi bankı (TCMB) bir həftəlik repo faiz dərəcəsini sabit olaraq 24.0%-də saxladı.


İnflyasiya səviyyəsində yaxşılaşma olana kimi bu şəkildə maliyyə siyasətinə davam ediləcəyi vurğulanıb.


TCMB-nin açıqlamasında aşağıdakı məlumatlar verilmişdir:


"Son dövrdə açıqlanan məlumatlar iqtisadiyyatdakı stabillik  meylinin müəyyən olunmasında böyük rol oynayır. Xarici tələb qorunmaqla yanaşı maliyyə şərtlərinin sərtləşdirilməsi iqtisadi fəaliyyəti yavaşladır. Cari dövrdəki yaxşılaşma meylinin davam etməsi gözlənilir.


İnflyasiya göstəriciləri idxal xərcləri və daxili tələbatın artması ilə əlaqədar olaraq yaxşılaşmalar göstərir. Lakin qiymət sabitliyinə qarşı risklər qalmaqda. Bu baxımından, komitə inflyasiya gözləntilərində müəyyən bir yaxşılaşma təmin olunana qədər sərt pul siyasətinə davam etməyi qərar verdi.


TCMB qiymət sabitliyinin təmin olunması üçün əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir".