Türkiyə inflyasiyasında gözlənilməz azalma

04 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyədə inflyasiyanın 19.7%-ə kimi azalması, treyderlərin diqqət mərkəzində.

Türkiyə inflyasiyasında gözlənilməz azalma

Bakı vaxtı ilə saat 11-də dərc edilən Türkiyədəki infilyasiya səviyyəsi proqnozlaşdırılandan da aşağı oldu. 


İstehlak qiymətləri indeksinin Fevral ayına olan göstəricisi 0.16%, illik göstəricisi isə 19.67% olaraq dərc edildi. Hansı ki, analitiklər nəticələri müvafiq olaraq 0.4% və 19.90% proqnozlaşdırırdılar. 


Müqayisə üçün qedy edək ki, İstehlak qiymətləri indeksinin daha öncəki göstəriciləri 1.06% və 20.35% idi.