Türkiyə: İqtisadi güvən indeksi iyunda artdı

27 İyun 2019

İqtisadi güvən indeksi iyunda ötən ay ilə müqaisədə 7.6% artımla 83.4 bəndə yüksəldi.

Türkiyə: İqtisadi güvən indeksi iyunda artdı

İndeksdə keçən ay  77.5 bəndlik nəticə ilə ötən ilin oktyabrından bu yana ən aşağı göstərici qeydə alınmışdı.


Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlamasında iyunda qeydə alınmış nəticələrlə bağlı aparılan qiymətləndirmədə "İqtisadi güvən indeksinin artmasının istehlakçı, real sektor (istehsal), xidmət, pərakəndə ticarət və tikinti sektorunun etibarlı göstəricilərindən qaynaqlandığını" bildirdi.


İqtisadi güvən indeksii 2018-ci ilə 105.2 bənd səviyyəsində başlamasına baxmayaraq, il ərzində əsas etibarilə azalmış və oktyabrda 75.2 bənd səviyyəsinə qədər düşmüşdü.


İqtisadi güvən indeksinin 100-dən çox olması ümumi iqtisadi vəziyyətlə bağlı pozitiv, 100-dən kiçik olması isə ümumi iqtisadi vəziyyətlə bağlı neqativ tendensiyanı göstərir.