Türkiyə iqtisadiyyatında artım ehtimalları

31 May 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyə iqtisadiyyatına dair açıqlanan müsbət fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

Türkiyə iqtisadiyyatında artım ehtimalları

Bu gün Türkiyənin statistika idarəsi ÜDM-n həcmi ilə bağlı rəqəmlər açıqlayacaq. Analitiklərin proqnozlarına əsasən 2019-cu ilin birinci rübündə ÜDM rüblük müqayisədə kəsrin -3%-dən - 2.5%-dək  azalacağı gözlənilir.


ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.


Qeyd etmək lazımdır ki, Türkiyə Mərkəzi Bankının (TCMB) yüksək inflyasiyaya qarşı həyata keçirilən sərt monetar siyasət iqtisadiyyata yük olmaqdadır. Yüksək faiz dərəcələri investisiyaları azaldır və yüksək inflyasiya lirəyə olan tələbin azalmasına səbəb olur.