Türkiyə: İstehlakçı Güvən indeksi 4.3% artıb

20 İyun 2019

May ayında 55.3 bənd olan indeks, iyun ayında 57.6 bəndə qədər artdı.

Türkiyə: İstehlakçı Güvən indeksi 4.3% artıb

Türkiyə Statistika Təşkilatı və Türkiyə Respublikası Mərkəz Bankı ilə birgə həyata keçirilən istehlakçı meyl anketi nəticələrindən hesablanan mövsüm təsirlərindən təmizlənmiş istehlakçı güvən indeksi, iyun ayında bir əvvəlki aya görə 4.3% artdı. May ayında 55.3 bənd olan indeks, iyun ayında 57.6 bəndə qədər artdı.


Növbəti 12 ayda ev təsərrüfatının maliyyə vəziyyəti gözləntisi indeksi may ayında 73,9 bənd olduğu halda iyun ayında 5,9% artaraq 78,3 bənd olmuşdur.


Ümumi iqtisadi vəziyyət gözləntisi indeksi (önümüzdəki 12 ay içərisində) may ayında 70,1 bəndkən iyun ayında 5,4% artaraq 73,9 bəndə yüksəlmişdir.


İyunda işsizlik gözləntiləri indeksi (sonrakı 12 ay üçün) 56.3 bənd səviyyəsində dəyişməz olaraq qalıb.


Açıqlanmış statistik rəqəmlərin gözləntilərin üstündı olması lirəni maliyyə bazarlarında bir qədər də bahalaşdırdı. USDTRY cütlüyü 5.7884 hədlərindən 5.7332 hədlərinə qədər ucuzlaşdı. 5.71 dəstək həddi qırılacağı təqdirdə enişlər 5.65 hədlərinə qədər davam edə bilər.