Türkiyə İxracat İqlimi indeksi zəiflədi

17 İyun 2019

Aprel ayında 52,2 olan İSO Türkiyə İstehsalat Sənayesi İxracat İqlimi indeksi Mayda 51,9 səviyyəsinə gerilədi.

Türkiyə İxracat İqlimi indeksi zəiflədi

İstanbul Sənaye Palatası may ayı üçün Türkiyə İxracat İqlimi indeksi rəqəmlərini açıqladı. Aprel ayında 52,2 olan İSO Türkiyə İstehsalat Sənayesi İxracat İqlimi indeksi Mayda 51,9 səviyyəsinə gerilədi.


May ayında qlobal iqtisadi şərtlər nisbətən zəiflədiyi üçün Türk istehsalçılarının əsas ixrac bazarlarının əksəriyyətində böyümə meylləri də azaldı.


May ayında geriləmənin arxasındakı əsas faktorlardan biri, Türkiyənin istehsal sektoru ixracatının 5%-ni təşkil edən ABŞ-da böyümənin zəifləməsi oldu.


50.0 bənd səviyyəsindən yuxarı olan hər bir dəyər, ixrac iqliminin yaxşılaşdığını, 50.0 barel səviyyəsindən aşağıda göstərilən dəyərlər isə pisləşməni göstərir. Ölçülən dəyər  50,0 bənd həddindən nə qədər yuxarıdırsa, ixracat iqlimindəki dəyişiklik bir o qədər yüksək dəyərləndirilir.