Türkiyə: Lirə bahalaşıb, gəlirlər azalıb

11 Yanvar 2019

Türkiyənin xairici əməliyyatlarında müsbət saldo noyabr ayında 1.8 milyard dollar azalıb. Bu, lirənin 28% bahalaşması dövrünə təsadüf edir.

Türkiyə: Lirə bahalaşıb, gəlirlər azalıb

Türkiyənin gəlirləri Türk lirəsinin 28% bahalaşaraq noyabr ayında son dörd ayın maksimum səviyyəsinə çatması ilə 1.78 milyard dollar azalıb. 


Türkiyə Mərkəzi Bankının cümə günü açıqladığı rəsmi məlumatlarda, cari əməliyyatlar hesabında müsbət saldonun 2.77 milyard dollardan 0.99 milyard dollara kimi azaldığı göstərilib. Mütəxəssislər isə 0.97 milyard dollara kimi azalma proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, USD/TRY məzənnəsi 2018-ci ilin üçüncü rübündə bahalaşaraq 7.10TL-yə çatdıqdan sonra ucuzlaşmağa başlayan qiymət noyabr ayında 5.13TL-yə çatmışdır. Bu, Türkiyənin xarici əməliyyatlarının avqust-oktyabr ayları ərzində gəlirlə nəticələnməsinə səbəb olmuşdur. 2015-ci ilin dekabr ayından (2015-ci ilin sentyabr ayı istisna - müsbət 0.1 milyard dollar) mənfi saldonun şahidi oluruq.