Türkiyə: Sənaye istehsalı mayda 1.3% artdı

12 İyul 2019

Sənaye istehsalının həcmi mayda ötən ay ilə müqayisədə 1.3% artsa da ötən ilin eyni ayına görə 1.3% azalmışdır.

Türkiyə: Sənaye istehsalı mayda 1.3% artdı

Bu gün açıqlanan statistik rəqəmlərə görə, Türkiyədə sənaye istehsalının həcmi may ayında ötən ilin eyni ayı ilə müqayisədə 1.3% azalmışdır ki, bu göstərici il ərzində ən yaxşı göstərici hesab edilə bilər.

Sənaye istehsalının həcmi mayda ötən ay ilə müqayisədə 1.3% artsa da ötən ilin eyni ayına görə azalmışdır.

Sənayenin alt sektorlarına diqqət etsək, görərik ki, 2019-cu ilin may ayında ötən ilin eyni ayına görə, mədənçilik sektoru indeksi 2.5%, emalat sənayesi sektoru indeksi 1.8% azalmış, elektrik, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksi 4.1% artmışdır.

2018-ci ildə son illərin ən sərt enişini 10%-lik itki ilə dekabr ayında yaşayan sənaye istehsalı həcminin 2019-cu ilin ilk 5 ayında dekabr ayına göre toparlanma göstərsə də əvvəlki hədlərə qayıda bilməməsi sektorda hələ risklərin qalmaqda davam etdiyini göstərir.