Türkiyə: Sənayə və pərakəndə sektorlarda kəskin azalma

18 İyun 2019

Türkiyədə sənaye istehsalının və pərakəndə satışların həcmi ilə bağlı açıqlanan statistik rəqəmlərdə göstəricilər azalıb.

Türkiyə: Sənayə və pərakəndə sektorlarda kəskin azalma

Bu gün Bakı vaxtı ilə saat 11-də Türkiyədə sənaye istehsalının və pərakəndə satışların həcmi ilə bağlı statistik rəqəmlər dərc edildi. Hesabata əsasən, aprel ayında sənaye istehsalının həcmi aylıq müqaisədə 1%, illik müqaisədə isə 4% azalıb. Pərakəndə satışların həcmi aprel ayında aylıq müqaisədə 1.8%, illik müqaisədə 6.9% azalıb.


2019 performansına baxdığımızda sənaye istehsalının həcminin yanvar ayında illik müqaisədə 7.3% azaldığını, yanvar ayında isə 1% artdığını görərik. Fevralda illik  5.1% azalma, aylıq isə 1.3% artım qeydə alınmışdı.


Martda illik müqaisədə 2.2% azalma, aylıq 2.1% artım yaşanmışdı. Martda açıqlanan nəticələrdən ciddi geriləmələr yaşanan sektorda diblərdən toparlanma ehtimalları yaranmışdı. Ancaq aprel ayında xüsusilə aylıq göstəricilərin də zəifləməsi sektorda mənfi tendensiyanın davam etdiyini göstərdi.


Pərakəndə satışlar yanvar ayında illik 6.7% azalmış,  aylıq göstəricidə isə 1.7% artmışdır. Fevral ayında illik 4.9% azalma, aylıq isə 0.8% artım qeydə alınmışdı.


Martda isə illik 3.8% azalma olsa da aylıq göstəricilərdə 1%-lik artım diqqət çəkmişdi.


Sənaye istehsalına paralel olaraq dəyişən pərakəndə satışlar da aprel ayında zəifləmişdir.


İlin ilk 3 ayında artımla açıqlanan  sənaye istehsalının və pərakəndə satışların həcminda apreldə ilk dəfə aylık aylıq müqaisədə geriləmə yaşandı.