Türkiyə sənayesində illik artım dinamikası güclənib

08 Fevral 2018

Türkiyənin sənaye istehsalında illik artım dinamikası ilə bağlı müsbət xəbərlərin açıqlanmasına baxmayaraq, lirədə ucuzlaşma davam edir.

Türkiyə sənayesində illik artım dinamikası güclənib

Türkiyənin statistika idarəsindən verilən məlumatlara əsasən, sənaye istehsalı dekabr ayında aylıq olaraq 0.9%, illik olaraq isə 8.7% artıb. Analitiklər isə aylıq müqayisədə 0.5%, illik olaraq isə 6.8% artım proqnozlaşdırırdılar. 


Müsbət məlumatların açıqlanmasına baxmayaraq, USD/TRY məzənnəsində bahalaşma 3.82TL-ə kimi davam edib. 


Qeyd etmək lazımdır ki, iyul ayında sənaye istehsalında artım 14.5% ilə təqribən son 7 ilin maksimum səviyyəsinə çatmışdır. Avqustda 5.2%-ə kimi güclü azalma müşahidə edilsə də, sentyabr ayında yenidən 10.4%-ə kimi artım olmuşdur.