Türkiyə sənayesində illik artım dinamikası zəifləyib

08 Yanvar 2018

Türkiyədə sənaye istehsalında illik artım dinamikası sentyabr ayında 10.4% olduqdan sonra iki aydır azalaraq 7.0%-ə çatıb.

Türkiyə sənayesində illik artım dinamikası zəifləyib

Türkiyənin statistika idarəsindən verilən məlumatlara əsasən, sənaye istehsalı noyabr ayında aylıq olaraq 0.6%,  illik olaraq isə 7.0% artmasına səbəb olub. Beləliklə, illik artım dinamikası azalmaqda davam edir. Sentyabr və oktyabr aylarında bu göstəricilər müvafiq olaraq 10.4 və 7.3% idi. 

Məlumatların açıqlanması maliyyə bazarlarında son bir aydır 3.73TL-ə kimi sürətlə - 6.3% - ucuzlaşan USD/TRY məzənnəsi yenidən qismən - 0.4% - bahalaşıb. 

Qeyd etmək lazımdır ki, iyul ayında sənaye istehsalında artım 14.5% ilə təqribən son 7 ilin maksimum səviyyəsinə çatmışdır. Avqustda 5.2%-ə kimi güclü azalma müşahidə edilsə də, sentyabr ayında yenidən 10.4%-ə kimi artım olmuşdur.