Türkiyə: Ticarət defisiti 6 milyard dollara yüksəldi

29 Avqust 2018

Türkiyənin xarici ticarət dövriyyəsində ümumi müsbət tendenisiya fonunda risklər və nəticədə lirəyə qarşı təzyiqlər də arta bilər.

Türkiyə: Ticarət defisiti 6 milyard dollara yüksəldi

Türkiyənin statistika mərkəzinin (TÜRKSTAT) çərşənbə günü açıqladığı məlumatlara görə, ölkədə ticarət balansı defisiti iyul ayında 5.5 milyard dollardan 6.0 milyard dollara yüksəlib. Bundan öncə xarici ticarətdə mənfi saldo son bir ilin minimum səviyyəsinə kimi azalmışdır. Ticarət saldosunda defisit idxal dəyərinin ixrac dəyərini üstələməsi nəticəsində yaranır. 


Ümumi tendesiya defisitin 2016-ci ilin əvvəlindən 3.2 milyard dollardan 9.2 milyarda kimi artmasından sonra 2018-ci ilin əvvəlindən etibarən azalması istiqamətindədir. Beləliklə, bu gün açıqlanan nəticə, gələcək aylarda da təkrarlanarsa, ümumi müsbət tendensiya fonunda risklər yenidən arta bilər. 


Qeyd etmək lazımdır ki, Türkiyə maliyyə bazarlarında lirənin dollara nisbətən məzənnəsi aprel ayından sonra sürətlə ucuzlaşmağa başlayıb. Lirənin ucuzlaşması, idxal məhsullarının, xüsusilə ixrac məhsullarının istehsalı üçün idxal olunan xammalın bahalaşmasına səbəb olur. Bu, ölkədə istehsal qiymətlərinin və inflyasiyanın da sürətlə artmasına təsir edir. 


Hökümət isə xərclərin azaldılması üçün ixracı daha da stimullaşdırmağa, sənaye və xidmət sektorunda aktivliyi daha da artırılmağa çalışır. Əks təqdirdə, lirənin qiymətinə qarşı təzyiqlər yenidən arta bilər. Son günlər isə USD/TRY məzənnəsi maliyyə bazarlarında yenidın 6.40TL-yə kimi bahalaşıb.