Türkiyə: Ticarət defisiti 8 milyard dollara çatmaq üzrə

29 İyun 2018

Türkiyənin xarici ticarət dövriyyəsində mənfi saldo ilin əvvəlindən etibarən yenidən artır, lirənin ucuzlaşması prosesi daha da sürətləndirib.

Türkiyə: Ticarət defisiti 8 milyard dollara çatmaq üzrə

Türkiyənin statistika mərkəzinin (TÜRKSTAT) cümə günü açıqladığı məlumatlara görə, ölkədə ticarət balansı defisiti may ayında 6.7 milyard dollardan 7.8 milyard dollara kimi yüksəlib. Ticarət saldosunda defisit idxal dəyərinin ixrac dəyərini üstələməsi nəticəsində yaranır. 


2018-ci ilin əvvəlindən defisit fevral ayına kimi 5.8 milyard dollara kimi azaldıqdan sonra yenidən artmağa başlayıb. Aprel ayından sonra isə defisitdə artım böyük fərqlə müşahidə edilir. 


Qeyd etmək lazımdır ki, Türkiyə maliyyə bazarlarında lirənin dollara nisbətən məzənnəsi aprel ayından sonra sürətlə ucuzlaşmağa başlayıb. Lirənin ucuzlaşması, idxal məhsullarının bahalaşmasına səbəb olur. Beləliklə, ölkə xərclərinin azaldılması üçün ixrac daha da stimullaşdırılmalı, sənaye və xidmət sektorunda aktivlik artırılmalıdır, idxalın həcminə nəzarət gücləndirilə bilər. Əks təqdirdə, lirənin qiymətinə qarşı təzyiqlər yenidən arta bilər.