Türkiyə ÜDM-ində azalma proqnozlaşdırılır

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən göstəricilər arasında Türkiyənin iqtisadi inkişaf göstəricisi yer alır.

Türkiyə ÜDM-ində azalma proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 11:00-da Türkiyədə ümum daxili məhsulun həcmi ilə bağlı 2018-ci ilin 4-cü rübünün göstəricilər dərc ediləcəkdir. 


3-cü rüblə müqayisədə ümum daxili məhsulun həcmində 1.6%-dən mənfi 2.7%-dək azalma proqnozlaşdırılır. 


Nəticələr proqnozlaşdırıldığı kimi açıqlanarsa, bu, lirənin dünya maliyyə bazarlarında bir qədər də ucuzlaşmasına səbəb ola bilər.