Türkiyə: Yüksək istehsal xərclərinin inflyasiyaya təsiri

03 Sentyabr 2018

Dünya valyuta birjalarında aprel ayından etibarən lirənin sürətlə ucuzlaşması, ölkədə inflyasiyanın da 17.9%-ə kimi artmasına səbəb olmuşdur.

Türkiyə: Yüksək istehsal xərclərinin inflyasiyaya təsiri

Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin avqust ayında iyul ayı ilə müqayisədə 2.3% artdığı göstərilib. İyul ayında bu artım 0.6% idi. İllik artım dinamikası da 17.9%-ə çatıb. Beləliklə, aylıq və illik artım dinamikasında güclənmə müşahidə edilir. Analitiklər aylıq yalnız 2.2%, illik olaraq isə 21.5%-lik artım gözləyirdilər. 


Bununla yanaşı, istehsal qiymətləri indeksi də son on beş ilin maksimum səviyyəsinə yüksəlməklə, 32.1%-ə çatıb. Bu göstərici iyul ayında 25.0% idi. 


Türkiyədə inflyasiya 2011-ci ilin fevral ayından etibarən 2017-ci ilin noyabr ayına kimi 4.0%-dən 13.0%-ə kimi yüksəldikdən sonra 2017-ci ilin dekabr ayından etibarən yenidən azalmağa başlamışdır. 2018-ci ilin mart ayında 10.2%-ə çatan inflyasiya aprel ayında yenidən artmağa başlamışdır. Buna səbəb isə dünya birjalarında lirənin sürətlə ucuzlaşmağa başlamasıdır. Lirənin ucuzlaşması idxal məhsullarını ölkəyə baha daxil olması ilə yanaşı, istehsal xərclərini artırır və beləliklə, xammal tutumlu ciddi ixrac məhsullarını da xarici bazarda bahalı edir. 


Valyuta birjalarında USD/TRY məzənnəsi məlumatların açıqlanmasından sonra 5.73TL-yə kimi bahalaşmışdır.