Türkiyədə büdcə kəsiri 66,5 milyard lirəyə yüksəldi

17 İyun 2019

Türkiyədə mərkəzi hökumətin büdcə kəsiri ilk 5 ayda 66,5 milyard lirəyə yüksəldi.

Türkiyədə büdcə kəsiri 66,5 milyard lirəyə yüksəldi

Xəzinədarlıq və maliyyə nazirliyi may ayında mərkəzi hökumət büdcə rəqəmlərini açıqladı. Son hesabata görə, mərkəzi büdcədə may ayında 12,1 milyard lirəlik bir kəsri yaranmışdır. İlin ilk 5 ayındaki kəsr isə 66,5 milyard lirəyə çatmışdır.


2018 - ci ilin may ayında 2,7 milyard TL artımla açıqlanan dövlət büdcəsində 2019 - cu ilin may ayında milyar TL kəsr qeydə alınmışdır.


2018-ci ilin may ayında faizlər istisna ilkin mənfəət 8.7 milyard lirə olaraq qeyd edilərkən, 2019-cu ilin may ayında eyni göstərici üzrə 4.1 milyard lirə kəsr olaraq reallaşdı.


2019-ci ilin may ayında büdcə gəlirləri bir əvvəlki ilin eyni ayına görə 2,2% artımla 71,6 milyard lirə olaraq reallaşdı. Büdcə xərcləri 24,2% artaraq 83,6 milyard TL-yə yüksəldi.


Analitiklərin proqnozlarına görə, büdcə kəsrinin artması lirənin maliyyə bazarlarında dəyər itirməsinə səbəb ola bilər.