Türkiyədə illik iqtisadi inkişaf 11.1%-ə çatıb

11 Dekabr 2017

Türkiyədə iqtisadi inkişaf gücü 2017-ci ilin üçüncü rübündə son yeddi ilin maksimum səviyyəsini üstələyib.

Türkiyədə illik iqtisadi inkişaf 11.1%-ə çatıb

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi məlumatlara görə, Türkiyədə ÜDM keçən ilin üçüncü rübü ilə müqayisədə 11.1% artıb. Beləliklə, artıq Türkiyə iqtisadiyyatı üçüncü dəfədir ki, ard-arda 5%-in üzərində artır. ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir. ÜDM-də dəyişiklik göstəricisi ölkənin iqtisadiyyatının gücünü əks etdirir. 

Cari ilin üçüncü rübünün illik müqayisəsinin yüksək açıqlanmasının səbəbi, keçən ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatında aktivliyin 1.8% azalması olub - keçən ilin yay aylarında Türkiyədə hökümət çevrilişinə cəhd edilmişdi. Lakin buna baxmayaraq, göstərici analitiklərin 10.0%-lik gözləntilərinin də üzərində açıqlanıb. 

Məlumatların açıqlanmasından sonra Türk lirəsi 3.83TL-ə kimi bahalaşıb.