Türkiyədə illik iqtisadi inkişaf 5.2%-ə düşdü

10 Sentyabr 2018

Türkiyədə iqtisadi inkişaf gücü 2017-ci ilin üçüncü rübündə son yeddi ilin maksimum səviyyəsini üstələdikdən sonra yenidən zəifləməyə başlayıb.

Türkiyədə illik iqtisadi inkişaf 5.2%-ə düşdü

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi məlumatlara görə, Türkiyədə ÜDM 2018-ci ilin birinci rübü ilə müqayisədə 5.2% artıb. Türkiyədə illik iqtisadi inkişaf dinamikası 2017-ci ilin dördüncü rübündən etibarən azalmağa başlayıb. ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir. 


2017-ci ilin üçüncü rübündə illik inkişafın son yeddi ilin ən yüksək səviyyəsinə çatmasının səbəbi, 2016-ci ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatında aktivliyin 1.8% azalması olub - 2016-ci ilin yay aylarında Türkiyədə hökümət çevrilişinə cəhd edilmişdi. 


2017-ci ilin dördüncü rübündə Türk lirəsinin  3.98TL-ə kimi 17% ucuzlaşması və beləliklə, daha da ucuzlaşa biləcəyi ehtimallarının güclənməsi, ölkə iqtisadiyyatına və gözləntilərə mənfi təsir etməyə başlamışdır. Lirənin qiymətində ucuzlaşma ölkəyə idxal olunan xammal məhsullarını bahalaşdırdığı üçün istehsal qiymətlərini və beləliklə, inflyasiyanın da artmasına səbəb olur. Bu ölkə daxilində iqtisadi riskləri artırmaqla yanaşı, ixrac olunan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinə də mənfi təsir etməkdədir. Həmin dövrdən sonra lirənin qiyməti əlavə olaraq, 6.83TL-ə kimi 100%-ə kimi ucuzlaşmışdır. 


Dünya valyuta birjalarında USD/TRY məzənnəsi hal-hazırda 6.45TL-ə ticarət edilməkdədir.