Türkiyədə illik iqtisadi inkişaf 7.4%-ə yüksəldi

11 İyun 2018

Türkiyədə iqtisadi inkişaf gücü 2017-ci ilin üçüncü rübündə son yeddi ilin maksimum səviyyəsini üstələdikdən sonra zəifləsə də, yenidən artıb.

Türkiyədə illik iqtisadi inkişaf 7.4%-ə yüksəldi

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi məlumatlara görə, Türkiyədə ÜDM keçən ilin dördüncü rübü ilə müqayisədə 7.4% artıb. Sonuncu dəfə illik iqtisadi inkişaf dinamikası 11.1%-dən 7.3%-ə düşmüşdür. ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir. 


2017-ci ilin üçüncü rübündə illik inkişafın son yeddi ilin ən yüksək səviyyəsinə çatmasının səbəbi, 2016-ci ilin üçüncü rübündə Türkiyə iqtisadiyyatında aktivliyin 1.8% azalması olub - 2016-ci ilin yay aylarında Türkiyədə hökümət çevrilişinə cəhd edilmişdi. 


2017-ci ilin dördüncü rübündə Türk lirəsinin  3.98TL-ə kimi 17% ucuzlaşması və beləliklə, daha da ucuzlaşa biləcəyi ehtimallarının güclənməsi, ölkə iqtisadiyyatına və gözləntilərə mənfi təsir etməyə başlamışdır. Həmin dövrdən sonra lirənin qiyməti əlavə olaraq, 4.93TL-ə kimi 23% ucuzlaşmışdır. 


Dünya valyuta birjalarında USD/TRY məzənnəsi 4.52TL-ə ticarət edilməkdədir.