Türkiyədə inflyasiya 10.2%-ə düşüb

03 Aprel 2018

TCMB-nin sərt monetar siyasəti fonunda dekabr ayından etibarən azalan Türkiyədə yüksək inflyasiya artıq son səkkiz ayın minimum səviyyəsinə çatıb.

Türkiyədə inflyasiya 10.2%-ə düşüb

Türkiyənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin mart ayında fevral ayı ilə müqayisədə 1.0% artdığı göstərilib. Yanvar ayında bu artım 0.7% idi. Lakin illik artım dinamikası 10.2% səviyyəsinə düşüb. Bu isə son səkkiz ayın minimum səviyyəsi hesab edilir. 


2016-ci ilin dekabr ayından etibarən Türkiyədə artan inflyasiya, 2017-ci ilin may ayından etibarən 9.8%-ə kimi azalsa da, sentyabr ayında yenidən artaraq noyabr ayında 13.0% çataraq, son 13 ilin maksimum səviyyəsini yeniləmişdir. Lakin dekabr ayında ölkə inflyasiyasında yenidən azalma müşahidə olunur. 


Valyuta birjalarında USD/TRY məzənnəsi məlumatların qismən müsbət açıqlanmasına baxmayaraq, dolların güclənməsi fonunda 3.98TL-ə kimi bahalaşıb.