Türkiyədə inflyasiya 19.7%-in üzərində

03 Aprel 2019

Türkiyədə inflyasiyanın 2018-ci ilin noyabr ayından etibarən azalmasından sonra yenidən proqnozların üzərində açıqlanmağa başlayıb.

Türkiyədə inflyasiya 19.7%-in üzərində

Türkiyənin statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi mart ayında illik müqayisədə 19.7%, aylıq müqayisədə isə 1.0% artıb. Mütəxəssislər illik inflyasiyada yalnız 19.6%-ə kimi azalma, aylıq müqayisədə isə yalnız 0.9%-ə kimi artım proqnozlaşdırırdılar. 


Fevral ayında iilik inflyasiya 19.7%, aylıq artım dinamikası isə 0.2% olmuşdur. 


Türkiyədə inflyasiya oktyabr ayına kimi 25.2%-ə kimi yüksəldikdən sonra cari səviyyələrə kimi azalmağa başlamışdı. Lakin göstəricilərin yenidən proqnozların üzərində açıqlanması müşahidə edilir.