Türkiyədə inflyasiya 22%-ə düşdü

03 Dekabr 2018

Dünya valyuta birjalarında son üç aydır lirənin dollara nisbətən qiymətinin 25% bahalaşması, inflyasiyanın 22%-ə kimi 3% azalmasına səbəb olub.

Türkiyədə inflyasiya 22%-ə düşdü

Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin noyabr ayında oktyabr ayı ilə müqayisədə 1.4% azalaraq, illik inflyasiyanın da 21.6%-ə kimi azalmasına səbəb olub. İllik artım dinamikası oktyabr ayında 25.2% ilə 2003-cü ilin avqust ayından etibarən son 15 ilin maksimumuna çatmışdır.


Bununla yanaşı, istehsal qiymətlərinin illik indeksi də sentyabr ayında son on altı ilin maksimum səviyyəsinə - 46.2% - yüksəldikdən sonra noyabr ayında 38.5%-ə düşüb. Burada da aylıq müqayisədə qiymətlər 2.5% azalıb.


Türkiyədə inflyasiya 2011-ci ilin fevral ayından etibarən 2017-ci ilin noyabr ayına kimi 4.0%-dən 13.0%-ə kimi yüksəldikdən sonra 2017-ci ilin dekabr ayından etibarən yenidən azalmağa başlamışdır. 2018-ci ilin mart ayında 10.2%-ə çatan inflyasiya aprel ayında yenidən artmağa başlamışdır. Buna səbəb isə dünya birjalarında lirənin sürətlə ucuzlaşmağa başlamasıdır. Lirənin ucuzlaşması idxal məhsullarını ölkəyə baha daxil olması ilə yanaşı, istehsal xərclərini artırır və beləliklə, xammal tutumlu ciddi ixrac məhsullarını da xarici bazarda bahalı edir. Lakin son zamanlar lirənin də bahalaşması, inflyasiyanın da azalmasına səbəb olmaqdadır. 


Dünya valyuta birjalarında USD/TRY məzənnəsi 5.16TL-yə ticarət edilməkdədir.