Türkiyədə inflyasiya azaldı

03 Sentyabr 2019

"CPI" göstəricisindən əvvəl 5.83TL-yə yaxınlaşan USD/TRY məzənnəsi, məlumatların dərcindən sonra istiqamətini enişə doğru dəyişdirdi.

Türkiyədə inflyasiya azaldı

Türkiyə Statistika Qurumunun hesabatına görə istehlak qiymətləri indeksi avqust ayında 0.86% artmış, illik müqayisədə 15.01%-ə qədər azalmışdır. Eyni dövrdə  inflyasiyada baza indeksi 16,20% -dən 13.60% -ə, qida inflyasiyası isə 18,21% -dən 17,22% -ə düşdü. 

İnflyasiya səbətinin əsas ehtiyacları olan elektrik və təbii qaz kimi istehlak maddələrinin nisbəti çox aşağı olduğundan yüksək qiymət artımının inflyasiyaya təsiri zəif qiymətləndirilir. Bununla birlikdə, inflyasiyanın rəqəm olaraq azalmasına baxmayaraq, demək olar ki, bütün istehlak mallarına və nəqliyyat vasitələrinə qiymət artımı səbəbindən alıcılıq qabiliyyəti çox azalmışdır. 

CPI-dən əvvəl 5.83-ə yaxınlaşan məzənnə, məlumatların dərcindən sonra istiqamətini enişə doğru dəyişdirdi və son saatda 5.7615 səviyyəsinə endi. Bu isə keçən həftə Asiya sessiyasında yaşanan ciddi artımlardan sonra ən aşağı səviyyə hesab edilir. Dünən də 2-cü rüb üzrə iqtisadi geriləmənin gözləniləndən az açıqlanması cülük həftənin ilk ticarət günündə 5.80 hədlərinə qədər geriləmişdi. 

İnkişaf etməkdə olan ölkələrin valyutaları dolların qlobal bahalaşması səbəbindən ucuzlaşsa da TL dünən və bu gün açıqlanan iqtisadi gözləntilər fonunda dünya bazarlarında dəyər qazanmaqdadır.