Türkiyədə inflyasiya göstəriciləri açıqlanacaq

03 İyun 2019

Dünya valyuta birjalarında bu gün lirənin qiymətinə təsir edə biləcək hadisələr arasında inflyasiya ilə bağlı göstəricilər diqqət mərkəzində.

Türkiyədə inflyasiya göstəriciləri açıqlanacaq

Beynəlxalq valyuta birjalarında lirənin qiymətinə təsir edə biləcək hadisələri diqqət mərkəzində saxlayan treyderlər, inflyasiyada azalma proqnozlaşdırırlar.  Bu gün Bakı vaxtı ilə saat 11:00-da Türkiyədə istehlak qiymətləri indeksi ilə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. İnflyasiyanın aylıq nəticələrində 0.39%-lik azalma ilə 0.69%-dən 1.30%-dək azalması proqnozlaşdırılır. İllik nəticələrində isə 19.50%-dən 19.10%-dək azalma proqnozlaşdırılır.