Türkiyədə inflyasiya 9%-dən 11%-ə yüksəldi

03 Dekabr 2019

Türkiyədə inflyasiya artsa da proqnozlaşdırılandan zəif açıqlanıb.

Türkiyədə inflyasiya 9%-dən 11%-ə yüksəldi

Türkiyənin milli statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə inflyasiya 10.56%-ə yüksəlib. Mütəxəsislər isə istehlak qiymətləri indeksində 11%-ə kimi artım ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, Türkiyədə inflyasiya azalaraq, oktyabrda 8.55% ilə son iki ilin minimumuna çatdıqdan sonra yenidən artıb.