Türkiyədə inflyasiya son 13 ilin maksimumunda

04 Dekabr 2017

2017-ci ilin noyabr ayında Türkiyədə illik inflyasiya gözlənilmədən 13%-ə çatıb.

Türkiyədə inflyasiya son 13 ilin maksimumunda

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi məlumata görə, istehlak qiymətləri indeksi noyabr ayında illik müqayisədə 13.0% artıb. Bu isə təqribən son 13 ilin maksimum səviyyəsidir. Belə ki, 2004-cü ilin yanvar ayından Türkiyədə inflyasiya maksimum 12.1% olmuşdur.

USD/TRY məzənnəsi də tarixi rekord səviyyələri sayılan 3.94TL-nin üzərində ticarət edilməkdədir. Məzənnə, təkcə, noyabr ayında 3.9818TL-ə kimi 5.7% dəyər qazanmışdır. 

Qeyd etmək lazımdır ki, 2016-ci ilin dekabr ayından etibarən Türkiyədə artan inflyasiya, 2017-ci ilin may ayından etibarən 9.8%-ə kimi azalsa da, sentyabr ayında yenidən artmağa başlayıb.