Türkiyədə inflyasiya son 14 ilin maksimumunda

03 İyul 2018

Dünya valyuta birjalarında aprel ayından etibarən lirənin sürətlə ucuzlaşması, ölkədə inflyasiyanın da 15.6%-ə kimi artmasına səbəb olmuşdur.

Türkiyədə inflyasiya son 14 ilin maksimumunda

Türkiyənin statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlarda, istehlak qiymətləri indeksinin iyun ayında may ayı ilə müqayisədə 2.6% artdığı göstərilib. May ayında bu artım 1.6% idi. Beləliklə, illik artım dinamikası da 15.6%-ə çatıb. Bu isə son on dörd ilin maksimum səviyyəsi hesab edilir. 


Bununla yanaşı, istehsal qiymətləri indeksi də son on dörd ilin maksimum səviyyəsinə yüksəlməklə, 23.7%-ə çatıb. Bu göstərici may ayında 20.2% idi. 


Türkiyədə inflyasiya 2011-ci ilin fevral ayından etibarən 2017-ci ilin noyabr ayına kimi 4.0%-dən 13.0%-ə kimi yüksəldikdən sonra 2017-ci ilin dekabr ayından etibarən yenidən azalmağa başlamışdır. 2018-ci ilin mart ayında 10.2%-ə çatan inflyasiya aprel ayında yenidən artmağa başlamışdır. Buna səbəb isə dünya birjalarında lirənin sürətlə ucuzlaşmağa başlamasıdır. 


Valyuta birjalarında USD/TRY məzənnəsi məlumatların açıqlanmasından sonra 4.68TL-yə kimi 1.5% bahalaşmışdır.