Türkiyədə inflyasiya son 5 ayın minimumunda

05 Fevral 2018

2017-ci ilin noyabr ayında 13% ilə son 13 ilin maksimum səviyyəsinə çatan inflyasiya, "TCMB"-nin təsiri ilə dekabr ayında yenidən azalmağa başlayıb.

Türkiyədə inflyasiya son 5 ayın minimumunda

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi məlumata görə, istehlak qiymətləri indeksi yanvar ayında illik müqayisədə 10.4% artıb. Bu isə son beş ayın minimum səviyyəsi hesab edilir. 

2016-ci ilin dekabr ayından etibarən Türkiyədə artan inflyasiya, 2017-ci ilin may ayından etibarən 9.8%-ə kimi azalsa da, sentyabr ayında yenidən artaraq noyabr ayında 13.0% çataraq, son 13 ilin maksimum səviyyəsini yeniləmişdir. Lakin dekabr ayında ölkə inflyasiyasında yenidən azalma gözlənilir. 

Məlumatların açıqlanmasından sonra lirənin qiyməti 3.7580TL-ə kimi 0.5% bahalaşmışdır. 

Qeyd etmək lazımdır ki, "TCMB" də Avropa Birliyi ölkələri tərəfindən tələbin artmasının ixraca müsbət təsir etməsinə baxmayaraq, yüksək inflyasiyanı riskli hesab edir və sərt monetar siyasətinə davam etməkdədir. Bununla da ölkədə iqtisadi fəaliyyətin daha da güclənəcəyini gözləyir. Bununla yanaşı, Türkiyənin birinci bankı qiymət dayanıqlığının təmin olunması istiqamətində əlindəki bütün alətlərdən istifadə edəcəyini də hər dəfə vurğulayır.