Türkiyədə inflyasiya yenidən 20.4%-ə yüksəldi

04 Fevral 2019

Türkiyədə inflyasiyanın 2018-ci ilin noyabr ayından etibarən azalmasından sonra yenidən artmağa başlayıb və artım gözlənilməz olub.

Türkiyədə inflyasiya yenidən 20.4%-ə yüksəldi

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi yanvar ayında illik müqayisədə 204%, aylıq müqayisədə isə 1.1% artıb. Mütəxəssislər illik inflyasiyada dəyişiklik gözləmir, aylıq müqayisədə isə yalnız 1%-ə kimi artım proqnozlaşdırırdılar. Türkiyədə inflyasiya oktyabr ayına kimi 25.2%-ə kimi yüksəldikdən sonra cari səviyyələrə kimi azalmağa başladı. 


Qeyd etmək lazımdır ki, dekabr ayında lirənin qiymətində 5.6251TL-yə kimi 10%-ə kimi ucuzlaşmışdı. Türkiyə maliyyə bazarlarında lirənin ucuzlaşması, ölkədə inflyasiyanın iki rəqəmliyə kimi artmasına səbəb olmuşdur. 


Türkiyədə inflyasiya oktyabr ayına kimi 25.2%-ə kimi yüksəldikdən sonra cari səviyyələrə kimi azalmağa başladı. 


Bunun qarşısını almaq Türkiyə Mərkəzi Bankı da sərt monetar siyasət həyata keçirir və uçot faizini 24%-ə kimi artırmışdı. Bu da gələcəkdə öz mənfi təsirlərini göstərə bilər, çünki bank ölkədə krediti bahalaşdırmaqla, investisiya mühitinin zəifləməsinə səbəb olur. Digər tərəfdən TCMB-nin yüksək faizləri lirədə yatırımları da maraqlı edir. Lakin bu, ölkənin yüksək siyasi və iqtisadi riskləri ilə də müqayisə olunmalıdır.