Türkiyədə işsizlik 10.3%-ə düşdü

15 Yanvar 2018

"TCMB"-nin sərt monetar siyasəti əmək bazarında da vəziyyətin yaxşılaşmasına müsbət təsir edir.

Türkiyədə işsizlik 10.3%-ə düşdü

Türkiyənin statistika mərkəzinin (TurkStat) bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, Türkiyədə işsizlik oktyabr ayında 10.3% səviyyəsinə kimi azalıb. 

Türkiyədə işsizlik səviyyəsi cari ilin fevral ayından azalmağa başlayaraq, təqribən son bir ilin minimum səviyyəsinə (10.2%) çatdıqdan sonra iyul ayında 10.7%-ə kimi artsa da, yenidən avqust ayından 10.6%-ə düşüb. Beləliklə, Türkiyə Mərkəzi Bankının ("TCMB") pul kredit siyasətində sərtləşdirmə tədbirlərinin əmək bazarına müsbət təsir etdiyi müşahidə edilir. 

Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 3.76TL-nin altında ticarət edilir və lirənin daha da bahalaşması üçün sözügedən səviyyənin altında qalması vacibdir. Bundan sonra USD/TRY məzənnəsi 1.37TL-ə kimi də ucuzlaşa bilər. Bununla yanaşı, investorlar cümə axşamı saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarını da diqqət mərkəzində saxlayırlar.

Qeyd etmək lazımdır ki, "TCMB" sonuncu açıqlamasında 2017-ci ildə ümumilikdə ölkə iqtisadiyyatında tələbin güclü olaraq qaldığını bildirib. Belə ki, kreditlərdə sürətli artım müşahidə edilir və son dövrlər açıqlanan statistik göstəricilər iqtisadi aktivliyin öz gücünü qoruyub saxladığını göstərir. Daxili tələbin artması ilə bərabər, xarici bazarlarda da tələbin artması ölkənin ixracına müsbət təsir edir. Lakin inflyasiyanın yüksəlməsi və digər risklərin artması, mərkəzi bankı pul siyasətini sərtləşdirilməsinə məcbur edib.