Türkiyədə işsizlik 10.8%-ə yüksəldi

15 Fevral 2019

Türkiyənin əmək bazarında işsizlik səviyyəsinin artması ilə bağlı önəmli fundamental məlumatlar investorların diqqət mərkəzində.

Türkiyədə işsizlik 10.8%-ə yüksəldi

Türkiyənin statistika mərkəzinin (TurkStat) cümə günü verdiyi rəsmi məlumatlara əsasən, Türkiyədə işsizlik noyabr ayında 10.8%-ə çatıb. Beləliklə, Oktyabr ayının 11.6%-lik göstəricisi də 10.2% ilə əvəz edilib. Beləliklə, işsizlik oktyabr ayında 10.2%-ə kimi azalsa da yenidən artmağa başlayıb. Bundan əvvəl iyun ayından etibarən göstərici dörd ay ard-arda 11.4%-ə kimi yüksəlmişdi. 


Türkiyədə işsizlik səviyyəsi 2018-ci ilin fevral ayından azalmağa başlayaraq, təqribən son bir ilin minimum səviyyəsinə çatdıqdan sonra yenidən artmağa başlayıb. 


Qeyd etmək lazımdır ki, sonuncu dəfə dünya birjalarında Türk lirəsinin bahalaşması ilə bərabər xarici əməliyyatlarda gəlirlərin də azalması ilə bağlı statistik göstəricilər açıqlanmışdır. 


Lirənin bahalaşması, ixrac məhsullarını bahalaşdırır ki, bu da Türkiyə iqtisadiyyatında gəlirlərin azalmasına təsir edir. Ölkənin cari əməliyyatlar balansında mənfi saldo dekabr ayında 1.4 milyard dollara kimi artıb.