Türkiyədə işsizlik 11.4%-ə çatdı

17 Dekabr 2018

Türkiyənin əmək bazarında işsizlik səviyyəsinin azalması ilə bağlı önəmli fundamental məlumatlardan sonra türk lirəsi 0.6% ucuzlaşıb.

Türkiyədə işsizlik 11.4%-ə çatdı

Türkiyənin statistika mərkəzinin (TurkStat) bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, Türkiyədə işsizlik sentyabr ayında 11.4%-ə çatıb. Beləliklə, Türkiyədə işsizlik iyun ayından dördüncü aydır ard-arda artaraq, son bir ilin maksimum səviyyəsini yeniləyib. 


Türkiyədə işsizlik səviyyəsi cari ilin fevral ayından azalmağa başlayaraq, təqribən son bir ilin minimum səviyyəsinə çatdıqdan sonra yenidən artmağa başlayıb. 


Məlumatların açıqlanmasından sonra USD/TRY məzənnəsi 5.40TL-yə kimi 0.6% bahalaşıb.