Türkiyədə işsizlik 11.6%-ə çatdı

15 Yanvar 2019

Türkiyənin əmək bazarında işsizlik səviyyəsinin azalması ilə bağlı önəmli fundamental məlumatlardan sonra türk lirəsi yenidən ucuzlaşmağa başlayıb.

Türkiyədə işsizlik 11.6%-ə çatdı

Türkiyənin statistika mərkəzinin (TurkStat) çərşənbə axşamı verdiyi rəsmi məlumatlara əsasən, Türkiyədə işsizlik oktyabr ayında 11.6%-ə çatıb. Beləliklə, Türkiyədə işsizlik iyun ayından beşinci aydır ard-arda artaraq, 2017-ci ilin aprel ayından sonra ən yüksək səviyyəyə çatıb. 


Türkiyədə işsizlik səviyyəsi cari ilin fevral ayından azalmağa başlayaraq, təqribən son bir ilin minimum səviyyəsinə çatdıqdan sonra yenidən artmağa başlayıb. Sonuncu dəfə Türk lirəsinin bahalaşması ilə bərabər xarici əməliyyattlarda gəlirlərin də azalması ilə bağlı statistik göstəricilər açıqlanmışdır. 


Məlumatların açıqlanmasından sonra USD/TRY məzənnəsi bahalaşaraq, 5.4620TL-nin üzərində möhkəmlənib. Bununla yanaşı, sabah Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının faiz qərarı da investorların diqqət mərkəzindədir.