Türkiyədə işsizlik 13.8%-a kimi arta bilər

15 Aprel 2019

Dünya maliyyə bazarlarında bu gün diqqət mərkəzində olan göstəricilər arasında Türkiyənin əmək bazarı ilə bağlı göstəricilər də var.

Türkiyədə işsizlik 13.8%-a kimi arta bilər

Bu gün Bakı vaxtı ilə saat 11-də dərc edilməsi gözlənilən Türkiyədə işsizlik səviyyəsi ilə bağlı xəbər, treyderlərin diqqət mərkəzindədir. Analitiklərin fikrincə, işsizlik səviyyəsi ötən göstəricilərlə müqayisədə 0.3% artaraq 13.5%-dən 13.8%-ə çata bilər. 


Proqnozlar öz təsdiqini taparsa, bu lirənin dəyər itirməsinə səbəb ola bilər.