Türkiyədə işsizlik 14.7%-ə yüksəldi

15 Aprel 2019

Lirənin qiymətində müşahidə edilə yüksək dalğalanmanın Türkiyə iqtisadiyyatına mənfi təsirləri davam etməkdədir və işsizlik son 10 ilin maksimumunda.

Türkiyədə işsizlik 14.7%-ə yüksəldi

Türkiyənin statistika mərkəzinin (TurkStat) bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, Türkiyədə işsizlik yanvar ayında 14.7%-ə çatıb. 


Beləliklə, işsizlik 2018-ci ilin fevral ayından aprel ayında 9.6%-ə kimi azaldıqdan sonra iyun ayından etibarən göstərici yüksəlməyə başlamışdır. 


Bu gün isə göstəricinin artıq son 10 ilin (2009) maksimum səviyyəsinə çatdığı müşahidə edilir.