Türkiyədə işsizlik azalmaqda davam edir - 13.%

10 İyun 2020

Türkiyədə işsizlik azalmağa başlayıb və mart ayında son 9 ayın minimumuna çatıb.

Türkiyədə işsizlik azalmaqda davam edir - 13.%

Türkiyənin statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, mart ayında son üç ayın orta işsizlik səviyyəsi 13.2% olub. Bu göstərici yanvar ayında 13.8%-ə yüksəldikdən sonra azalmağa başlayıb və bu gün dərc edilən göstərici son 9 ayın minimum səviyyəsi hesab edilir. 

Qeyd etmək lazımdır ki, son 7 il ərzində işsizlik səviyyəsində artım müşahidə edilsə də bu dinamika 2009-ci ilin maksimum səviyyəsini keçmədən 2019-ci ilin aprel ayından etibarən azalmağa başlayıb.