Türkiyədə işsizliyin artması proqnozlaşdırılır

15 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün diqqət mərkəzində olan göstəricilər arasında Türkiyənin əmək bazarı ilə bağlı göstəricilər də var.

Türkiyədə işsizliyin artması proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 11-də dərc edilməsi gözlənilən Türkiyədə işsizlik səviyyəsi ilə bağlı xəbər, treyderlərin diqqət mərkəzindədir. 


Analitiklərin fikrincə, işsizlik səviyyəsi ötən göstəricilərlə müqayisədə 0.1% artaraq 11.6%-dən 11.7%-ə çata bilər. 


Proqnozlar öz təsdiqini taparsa, bu lirənin dəyər itirməsinə səbəb ola bilər.