Türkiyədə lirə 4.45TL-ə çatdı

15 May 2018

Türkiyə prezidentinin müsahibəsində pul siyasətinə nəzarətini gücləndirəcəyini bildirməsi,lirənin ucuzlaşmasını daha da sürətlənib.

Türkiyədə lirə 4.45TL-ə çatdı

Dünya valyuta birjalarında Dollar/Lirə valyuta cütlüyünün qiyməti bahalaşmaqda davam edir. Artıq USD/TRY məzənnəsi 4.45TL-nin üzərində təklif edilməkdədir. 


2018-ci ilin aprel ayından etibarən Türkiyədə siyasi və iqtisadi risklərin artması fonunda USD/TRY məzənnəsi 4.00TL-ni yuxarı qırmaqla sürətli artım dalğasına başladı. Son günlər isə Türkiyə prezidenti Erdoğanın çıxışları, məzənnənin bahalaşması ilə müşayiət olunur. 


Belə ki, iyun ayının 24-də baş tutacaq növbədənkənar prezident seçkisinə hazırlaşan Rəcəb Tayyib Ərdoğan, bu gün televiziyada müsahibəsi zamanı, növbəti səlahiyyət müddətində mərkəzi bankı daha sərt nəzarətə götürəcəyini bildirməsindən sonra lirə daha da ucuzlaşıb.