Türkiyədə lirə təzyiq altında

06 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyə milli valyutasının ucuzlaşması, investorların diqqətini çəkir və amilləri bir daha nəzərdən keçirməyə səsləyir.

Türkiyədə lirə təzyiq altında

Türkiyədə əhalidə olan xarici valyutanın həcmi 47%-ə yüksəlib. Bu isə son 13 ilin maksimum səviyyəsidir. 


Türkiyə mərkəzi bankının (TCMB) uçot faizi 24% olmaqla, lirədə gəlirlilik yarada bilir, çünki inflyasiya (19.7%) sözügedən səviyyənin altındadır. Lakin görünür, bu, lirə fonunda riskləri gözə almaq üçün azdır. 


"TCMB" ölkədə iqtisadiyyatı canlandırmaq üçün inflyasiyanın yüksək olması ilə əlaqədar olaraq, aşağı sala bilmir. Burada gələcəyə dair göstəricilər nikbin olsa da bu, kifayət etmir. 


Bank sədri Murat Cetinkaya isə inflyasiyada ciddi stabilləşmə müşahidə edilənə kimi sərt monetar siyasətə davam edəcəklərini bildirib.