Türkiyədə pərakəndə satış dövriyyəsi azalıb

16 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Türkiyədə pərakəndə satış dövriyyəsinin iyul ayında geriləməyə başlaması investorların diqqət mərkəzindədir.

Türkiyədə pərakəndə satış dövriyyəsi azalıb

Türkiyənin statistika idarəsinin bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, pərakəndə satış dövriyyəsi iyulda aylıq müqayisədə 1.5%, illik müqayisədə 3.7% azalıb. 

Qeyd etmək lazımdır ki, iyun ayında aylıq müqayisədə 2.3% artım müşahidə edilmişdir.