Türkiyədə Pərakəndə satışın azalması proqnozlaşdırılır

15 Fevral 2019

Lirə ilə treyd edənlərin bu gün Türkiyədən pərakəndə satış dövriyyəsi ilə bağlı açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaqdır.

Türkiyədə Pərakəndə satışın azalması proqnozlaşdırılır

Bu gün açıqlanması gözlənilən Türkiyədə pərakəndə satışların həcmi ilə bağlı göstəricilərdə ciddi azalma proqnozlaşdırılır. 


Belə ki, noyabr ayında 0.1% artan pərakəndə satış dövriyyəsinin, dekabr ayı üçün olan göstəricilərinin mənfi 0.7% açıqlanacağı ehtimal edilir. 


Fakt öz təsdiqini taparsa,  lirə növbəti dəfə dünya maliyyə bazaralarında zəifləyə bilər.