Türkiyədən müsbət göstəricilər açıqlandı

16 Dekabr 2019

Türkiyədə işsizlik yenidən azalmağa başlayıb, pərakəndə satış dövriyyəsi dinamikası artır, dövlət büdcəsində profisit əldə edilib.

Türkiyədən müsbət göstəricilər açıqlandı

Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, son üç ayın orta işsizlik səviyyəsi sentyabrda 13.8%-ə kimi 0.2% azalıb. 

Oktyabr ayı üzrə göstəricilərdə də pərakəndə satış dövriyyəsi aylıq müqayisədə 0.2% azalsa da illik dinamika 5.9% ilə son bir ilin maksimumuna yüksəlib. 

Noyabr ayı üzrə göstəricilərdə isə yenidən dövlət büdcəsində müsbət saldo əldə edilib.